Modern.az

Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi türkçü alimlərə mükafatlar verdi  

Yeni Türkiyə Strateji Araşdırma Mərkəzi türkçü alimlərə mükafatlar verdi   

15 Noyabr 2017, 13:26

Türkiyənin baş kəndi Ankarada davam edən “Türk dilində danışan Ölkələrin Qurultayı”nda  Yeni Türkiyə Strateji Araşdırma Mərkəzinin rəhbəri Həsən Celal Güzel Türk dünyasının tanınmış elm adamlarını, türk tarixinə imzalaraını qızıl hərflərlə yazan elm fədailərini, türkoloqları Mərkəzin təsis etdiyi “Türk dünyasına xidmət” mükafatı ilə dəyərləndirib.

Mükafata layiq görülən Osman Fikri Sərtkaya, Tuncay Gülənsoy, Yavuz Akpınar, Fikrət Türkmən, Karjaubay Sərtqocaoğlu, türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilov, filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamil Vəli  Nərimanoğlu  da var.

Türk dilində danışan Ölkələrin Qurultayında iştirak edən Aida Eyvazlı Göytürk bu günlərdə işıq üzü görən “Nursultan Nazarbayev: Həyat yolu” kitabını da Həsən Cəlal Gözələ təqdim edib.

Həsən Cəlal Gözəl Azərbaycanın Türk dünyasındakı yerindən və bir neçə gün bundan əvvəl açılışı olan Bakı-Tbilisi Qars dəmir yolunun əhəmiyyətindən danışaraq, bu yolu Turana gedən yol adlandırıb. Azərbaycan və Qazaxıstanın liderlərinin türk dünyasının elm sahəsindəki xidmətlərinin misilsiz olduğunu bildirib.

Jurnalist Aida Eyvazlıya türk dünyasının birliyi yolunda gördüyü işlərdə müvəffəqityyət arzulayıb. 

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu