Modern.az

Bu gün II Bakı Şopinq Festivalı  başa çatır

Bu gün II Bakı Şopinq Festivalı  başa çatır

15 Noyabr 2017, 14:00

Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən hər il şopinq festivalların keçirilməsi nəzərdə tutulub. İkinci Bakı Şopinq Festivalı bu il oktyabrın 15-dən noyabrın 15-dək keçirilib.

Bir ay müddətində  müştərilər dünya brendlərinə məxsus geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetikanı, eləcə də digər məhsulları Bakıda yerləşən 500-dən çox mağazadan xüsusi kampaniya və endirimlərlə əldə ediblər.

Bununla yanaşı, “Baku Shopping Festival – Tax Free” nişanı olan mağazalarda 100 AZN-dən çox alış-veriş edən həm yerli, həm də xarici vətəndaşlar aldıqları məhsulların Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri alıblar.

Festivalda paytaxtımızda yerləşən və üzərində Bakı Şopinq Festivalının loqosu olan bütün mağazalar, restoranlar və digər obyektlər iştirak edib.

15 oktyabr tarixində başlayan Festival bu gün uğurla başa çatır. Qeyd edək ki, festivalın nəticələri ilə bağlı ətraflı məlumatları müvafiq sorğular aparıldıqdan sonra ictimaiyyətə çatdırılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu