Modern.az

Milli Məclisin sonuncu iclasınının vaxtı və gündəliyi məlum olub

Milli Məclisin sonuncu iclasınının vaxtı və gündəliyi məlum olub

20 İyun 2011, 17:01

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 21-də başa çatacağı gözlənilirdi. Bu gün məlum olub ki, olub ki, parlametin sabaha nəzərdə tutulan sonuncu plenar iclası başqa vaxta keçirilib. Milli Məclisin mətbuat xidmətindən Modern.az saytına məlumat verilib ki, növbədənkənar sessiya bu həftə başa çatacaq.

Bildirilib ki, qarşıda növbədənkənar sessiyanın yalnız bir iclası qalır. O da iyunun 24-də keçiriləcək. Bundan sonra deputatlar yay tətilinə çıxacaqlar.

Modern.az saytı Milli Məclisdən 24 iyun iclasının gündəliyinə 20 məsələnin daxil edildiyini öyrənib.
Deputatların müzakirəsinə çıxarılacaq qanun layihələrinin siyahısını təqdim edirik: 

- “İnsan Hüqüqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununa əlavə dəyişikliklər edilməsi barədə Konstitusiya qanunu;

- “Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin üçünçü oxunuşa çıxarılması;

- “İcbari sığortalar haqqında” qanun layihəsi;

- “Məhkəmələrin fəaliyyəti haqqında” informasiya əldə etmək barədə qanun layihəsinin üçünçü oxunuşa çıxarılması;

- “Avropa Landşaft Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsi;

- “Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” müqavilənin təsdiq edilməsi barədə qanunu layihəsi;

- “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi;

 - “Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında təslimetmə haqqında” müqavilənin təsdiq edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikası beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Nəqliyat haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun layihəsi;

- “Prokrorluq haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsi;

- “Vətəndaşların müraciətlərinin baxılması qaydası haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “İnformasiya əldə etmək haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “İcra haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi;

- “Azərbaycan Respublikasının Mülki Prosessuual Məcəlləsində dəyişiklik edilməsi haqqında”  qanun layihəsi;

- “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj