Modern.az

Yeni nazir Energetika Nazirliyində üç nəfəri vəzifədən çıxardı

Yeni nazir Energetika Nazirliyində üç nəfəri vəzifədən çıxardı

15 Noyabr 2017, 16:26

Yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin 3 rəhbər şəxsini vəzifədən azad edib.

 

“APA-Economics”in məlumatına görə, nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqov ötən gün işdən çıxarılıb.

 

Bundan başqa, nazirliyin Enerji Nəzarət İdarəsinin rəisi Cəfər Hüseynov və beynəlxalq şöbənin müdiri Rauf Həsənov da vəzifəsi ilə vidalaşıb.

 

Hələlik onların yerinə təyinat aparılmayıb.

 

Hər üç şəxsin vəzifədən azad edilməsi P. Şahbazovun yeni komanda qurması ilə əlaqələndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil