Modern.az

Gülyaz və Gülyanaq bacıları, Azər Axşam, Tünzalə, “maestro” Ceyhun YAP-a üzv oldular (FOTO)

Gülyaz və Gülyanaq bacıları, Azər Axşam, Tünzalə, “maestro” Ceyhun YAP-a üzv oldular (FOTO)

20 İyun 2011, 17:09

Azərbaycanın tanınmış sənət adamları, mədəniyyət xadimləri Yeni Azərbaycan Partiyasının sıralarına qoşulublar. Tanınmış müğənnilərdən Gülyaz Məmmədova, Gülyanaq Məmmədova, Tünzalə Ağayeva, Vəfa Rzayeva, Rəşad İlyasov, Azər Şabanov (Axşam), Ceyhun İsmayılov (maestro Ceyhun), Samir Dərgah və Rüfət Nəzərov Yeni Azərbaycan Partiyasına üzv olublar.
Bu gün YAP-ın qərargahında həmin sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov YAP-a üzv olmaları münasibətilə sənət adamlarını təbrik edib. YAP üzvlərinin sayının 540 min nəfərə yaxın olduğunu deyən Əli Əhmədov indiyə kimi Azərbaycanda bu partiya qədər güclü siyasi təşkilatın olmadığını qeyd edib.

«Hər il partiyamızın sıralarına 25-30 min nəfər insan qoşulur. Bu sadəcə, statistika deyil və YAP-ın gücü təkcə bu rəqəmlərdə deyil. Bu statistikanın arxasında görülən işlər, xalqa xidmət edən fəaliyyət dayanır. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir. İnkişaf prosesi bütün sahələrdə özünü göstərməkdədir. Hesab edirəm ki, gələcəkdə uğurlarımız daha da çox olacaq. Bu mənada ölkəmizdə mədəniyyət və incəsənət sahələrində də ciddi inkişaf prosesi baş verməkdədir. Hesab edirəm ki, tanınmış sənət adamlarının, mədəniyyət və incənət xadimlərinin partiyamıza üzv olmalarına qərar verməsinin kökündə də bu amil dayanır. İnanıram ki, YAP sıralarına qoşulmuş sənətçilər bu seçimi etdikləri üçün heç vaxt zərrə qədər də təəssüf hissi keçirməyəcəklər»- deyə YAP Sədrinin müavini vurğulayıb.

Mərasimdə çıxış edən mədəniyyət və insənət xadimləri YAP-ın üzv olduqları ilə fəxr etdiklərini bildiriblər.
Tədbirdə YAP İcra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov iştirak edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular