Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə heyəti növbəti iclasını keçirərək uçot faiz dərəcəsində heç bir dəyişiklik etməyib. Və gələcək 3 ay ərzində faiz qərarında heçbir dəyişiklik etməyəcəyini bildirib.
Bu qərar AMB-ni mövcüd göstəricilərə görə cox rahat oldugunu və qısa müddətdə iqtisadi sferada ciddi kataklizmilərin olmayacağını proqnozlaşdırır və iqtisadi subyetlərə rahat olmalarını məsləhət görür.
Digər ciddi məsələ cari ildə bank likvidliyinin artması kredit həcmini kəskin azalması ilə əlaqələndirilir. Hətta AMB-nin bazarı maliyələşdirmə dərəcəsinin(15-18% aralığında) bu qədər yüksək olduğu şəraitdə iqtisadi böyüməyə nail olunduğunu vurğulanır.
Üçüncü ən vacib məsələ inflasiya təzyiqlərinin davam etdiyini və çox böyük ehtimalla buna bağlı olaraq faiz dəyişikliyi etmədiyi təxmin olunur. Faizin yuxarı olması vətədaşların istehlaka deyil yığıma yönəlməsi inflasiya təzyiqini azaldacağı proqnozlaşdırılır.
Eyni zamanda Not və depozit hərracları ilə pul kütləsinin azaldılması əməliyyatı həyata keçirilir amma cari ildə pul bazasının artığı vurğulanır. Hələ də pul kütləsini daha ucuz maliyyətlə tənzimləmək üçün məcburi ehtiyat normalarının dəyişdirilməsinə ehtiyac görülməyib.
Cari ildə həm uçot dərəcəsinin yüksək saxlanması həm də Bazar əməliyyatları ilə pul kütləsinin azaldılması infliyasiya təyiqlərinin azalmasına ciddi dəstək olmadığı müşahidə olunur. Ümumi nəticə bunu göstərir ki, ölkədəki inflasiya tələb deyil idxala bağlı olan maliyyət artışından qaynaqlanır və bunu pul siyasəti ilə tənzimləmək çətin məsələdir.
İqtisadçı Cəfər İbrahimli