Ermənistan prezideti Serj Sarkisyanın Rusiyaya rəsmi səfəri başlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfər Vladimir Putinin dəvəti ilə baş tutub.
Sarkisyanın səfəri Moskva erməni kilsəsini ziyarət etməsindən başlayıb. Səfər zamanı onun Vladimir Putinlə də görüşü planlaşdırılır.