Modern.az

Əri tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirildi

Əri tərəfindən döyülən qadın xəstəxanaya yerləşdirildi

Aktual

15 Noyabr 2017, 20:58

Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb. Modern.az "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb.

 

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil