Modern.az

"Avtobusa atəş açılmayıb": Baş Prokurorluq aydınlıq gətirdi

"Avtobusa atəş açılmayıb": Baş Prokurorluq aydınlıq gətirdi

15 Noyabr 2017, 22:09

Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

 

Modern.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun  APA-ya verdiyi məlumata görə, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu