Modern.az

Şəmkir sakini qonşusunu baltalayıb

Şəmkir sakini qonşusunu baltalayıb

Aktual

15 Noyabr 2017, 22:37

Şəmkir rayon sakini qonşusuna balta ilə xəsarət yetirib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun  Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.

 

Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil