Modern.az

ABŞ-ın Azərbaycandakı səfiri Salyanda

ABŞ-ın Azərbaycandakı səfiri Salyanda

Aktual

15 Noyabr 2017, 22:54

ABŞ-ın Azərbaycandakı səfiri Robert  Sekuta Salyan rayonuna səfər edib. ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, səfir Salyan rayonunun Mərkəzi Kitabxanasında yerləşən Amerika Güşəsinə baş çəkib. Orada səfir ingilis dili və təhsil proqramlarında iştirak edən və ABŞ-da təhsil ilə maraqlanan şagirdlərlə görüşüb.

 

Məlumata görə, Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir. Bu mərkəz və güşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır.  Güşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

 

Səfər çərçivəsində R.Sekuta Salyan rayonunun İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla görüşüb, onunla rayonun iqtisadi və kənd təsərrüfatının inkişafını müzakirə edib. Robert Sekuta  və onun həyat yoldaşı həmçinin, tarixi Cümə məscidinə baş çəkiblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil