Modern.az

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Aktual

15 Noyabr 2017, 23:12

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,87 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,79 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 14-də 62,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,77 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 14-də 59,5 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə noyabrın 14-də 60,98 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,07 dollar/barel azdır.

Sizə yeni x var
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil