Tanzaniyanın şimalında yüngülmotorlu təyyarə qəzaya uğrayıb. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, qəza nəticəsində 11 nəfər ölüb.
Təyyarənin “Coastal Aviation” şirkətinə məxsus olduğu bildirilir.
Qeyd edək ki, qəzanın səbəbləri və digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.