Modern.az

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri məlum olub

Azərbaycan klublarının avrokuboklardakı rəqibləri məlum olub

20 İyun 2011, 17:47

Bu gün İsveçrənin Nyon şəhərində Avroliqanın 2011/12 mövsümünün ilk iki təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Modern.az  saytı xəbər verir ki, püşkatma nəticəsində Azərbaycan təmsilçilərinin də rəqibləri məlum olub.
UEFA Çempionlar Liqasına ikinci mərhələdən qoşulacaq Azərbaycan çempionu - Bakının “Neftçi” klubu Xorvatiyanın “Dinamo” komandası ilə üz-üzə gələcək.
İlk oyun iyulun 12-13-ü Zaqrebdə, cavab qarşılaşması iyulun 19-20-si Bakıda keçiriləcək. 

"Qarabağ" və AZAL isə Avroliqanın birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Belə ki, "Qarabağ" iyunun 30-da səfərdə Litvanın "Banqa", AZAL isə həmin gün səfərdə Belarusun "Minsk" klubunun qonağı olacaq. "Xəzər Lənkəran" "Makkabi" (İsrail) klubu ilə qarşılaşacaq.
Cavab görüşləri isə iyulun 7-də Bakıda keçiriləcək.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular