Modern.az

Füzuli rayonu barama istehsalına görə respublikada ikinci olub

Füzuli rayonu barama istehsalına görə respublikada ikinci olub

Aktual

16 Noyabr 2017, 11:22

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət respublikanın bütün regionlarında olduğu kimi, cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da özünü göstərməkdədir. Düşmənlə təmas xəttinin bir neçə addımlığında yerləşən Füzuli rayonu 2017-ci ili də uğurlu nəticələrlə başa vurmaqdadır.

Raqyon İcra Hakimiyyətindən bildirlib ki, 2017-ci ilin 10 ayında Füzuli rayonunda bütün sahələrdə uğurlu göstəricilər əldə olunub, əhalinin həyat səviyyəsi daha da yüksəlib. Prezident  İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində yaşayan 70 minə yaxın məcburi köçkünün qaz, işıq, su, yol və digər sosial-məişət qayğıları öz həllini tapıb.


Aqrar rayon olan Füzulidə 2017-ci ildə kənd təsərrüfatı məhsulları istehsalında yüksək nəticələr əldə edilməkdədir. Rayonda əkilmiş 36082 ha ərazidən 103076 ton taxıl məhsulu əldə edilib ki, bunun da 73053 tonu buğda, 30023 tonu isə arpa olub. Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı təsdiq etdiyi Strateji Yol Xəritəsinə uyğun olaraq rayonda hər biri 1000 hektar olan 4 iri taxılçılıq təsərrüfatı, 500 ha ərazidə isə toxumçuluq təsərrüfatı yaradılıb. İri taxılçılıq təsərrüfatlarında məhsuldarlıq xüsusilə yüksək olub. 2017-ci ildə də Füzuli taxıl istehsalına görə respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasında öz yerini qoruyub saxlayıb. 


2017-2018-ci təsərrüfat ili üçün isə rayonda 36 min ha sahədə taxıl əkilməsi nəzərdə tutulub. Hazırda rayonda taxıl səpini başa çatmaq üzrədir.


Prezident İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlarına uyğun olaraq rayon ərazisində 2700 ha ərazidə müxtəlif növ kənd təsərrüfatı məhsulları istehsal edəcək Aqropark yaradılıb. Aqroparkın ərazisində birinci mərhələdə 1000 hektar sahədə soya, qarğıdalı, taxıl, pambıq və digər bitkilər becəriləcək, həmçinin 1000 baş müasir-intensiv südlük istiqamətli heyvandarlıq kompleksi yaradılacaq. Layihənin birinci hissəsinin bu il, bütövlükdə isə 2018-ci ildə tam başa çatdırılması nəzərdə tutulub.


Füzulidə taxılçılıqla yanaşı digər sahələrin, xüsusilə ənənəvi təsərrüfat sahələrindən olan pambıqçılıq və baramaçılığın inkişafına da xüsusi diqqət yetirilir. 2017-ci ildə Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilib. Bu günə kimi pambıq sahələrindən 2000 tona yaxın pambıq yığılaraq qəbul məntəqələrinə təhvil verilib ki, bu da ötən ilkindən 3 dəfə artıqdır. Rayonda baramaçılığın inkişafı da xüsusi diqqətdə saxlanılır. Bu il füzulili kümçülər tərəfindən 25 tona yaxın yaş barama istehsal edilib ki, bu da 2016-cı ildə istehsal olunan yaş baramadan 8 dəfə çoxdur. Füzuli rayonu barama istehsalında əldə etdiyi nəticəyə görə respublikada ikinci olub.


2017-ci ildə rayonda kənd təsərrüfatının digər sahələrində əldə olunan göstəricilər də ürəkaçan olub. Rayonda 3725 ton tərəvəz, 2927 ton bostan, 1651 ton üzüm, 15 ton çəltik, 1769 ton kartof, 2791  ton meyvə toplanıb, 2500 tona yaxın ət, 18837.2 ton süd, 6315.0 min ədəd yumurta istehsal olunub. Əvvəlki illərin analoji dövrləri ilə müqayisədə haqqında söhbət gedən sahələrdə müsbət nəticələr əldə olunub. Hazırda  rayonda  34670 baş iribuynuzlu mal-qara, 135080 baş qoyun və keçi, 525000 min baş müxtəlif növ quşlar mövcud olub. Əhalinin heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatı əsasən yerli istehsal hesabına ödənilir, respublika bazarına da bir sıra məhsullar da çıxarılır.


Rayonda sahibkarlığın inkişafına ciddi fikir verilib. Sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir ki, yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Horadiz şəhərində 10 ha ərazidə istixana kompleksi, Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satışı yarmarkası və digər obyektlər iş adamları tərəfindən yaradılıb. Təkcə 2017-ci ilin 10 ayı ərzində Füzuli rayonuna iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar 10 milyon manatdan artıq investisiya qoyulmuş, rayonda kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılıb.  


Azərxalça ASC-nin ilk filialı olan Horadiz şəhərində füzulili xalçaçılar tərəfindən toxunan Qarabağın tarixi xalça çeşniləri də “Made in Azərbaycan” brendi altında artıq dünyanın müxtəlif ölkələrinə ixrac olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil