Modern.az

Əhmədinejad İranın yeni süni peyki barədə məlumat açıqlayıb

Əhmədinejad İranın yeni süni peyki barədə məlumat açıqlayıb

20 İyun 2011, 18:54

İran yer kürəsi üzərndə 3500 km yüksəkliyə özünün  süni peykini buraxmağa hazırlaşır. Modern.az İSNA agentliyinə istinadən bildirir ki, bu barədə prezident Mahmud Əhmədinejad Zəncan şəhərində bu gün keçirilən tədbirdə çıxışı zamanı bəyan edib. Prezident deyib ki, süni peyk məlumat göndərmək və fotoşəkillər çəkmək imkanlara malikdir. Əhmədinejad dərhal əlavə edib ki, “peyk yalnız geoloji və metroloji məqsədlər üçün nəzərdə tutulur”.

“Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Öz tələblərimizi özümüz ödəyəcəyik”-deyə İran prezidenti bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular