Modern.az

"Natiq Əliyev" gəmisi ilk səfərə çıxdı

"Natiq Əliyev" gəmisi ilk səfərə çıxdı

Aktual

16 Noyabr 2017, 13:09

Azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.


Şirkətdən verilən məlumata görə, artıq "Natiq Əliyev" gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda, 4 növ yükdaşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir.

 

Gəmidə "Natiq Əliyev" guşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

 

Qeyd edək ki, bir neçə gündən sonra, noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?