Modern.az

Güzəştli mənzil almaq istəyənlər üçün daha bir YENİLİK  

Güzəştli mənzil almaq istəyənlər üçün daha bir YENİLİK   

Aktual

16 Noyabr 2017, 15:12

Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) güzəştli mənzillərin satışına başlanılmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi  haqqında məlumatların ətraflı təqdimatı üçün internet səhifəsini istifadəyə verib.

Modern.az xəbər verir ki, Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.az ünvanında yerləşən internet səhifəsi rahatlığı və funksionallığı, o cümlədən informasiya əldə etmək və komplekslə bağlı yarana biləcək suallara cavab tapmaq üçün  asanlığı ilə seçilir.


Səhifəyə daxil olan hər kəs 5 əsas bölmədən ibarət menyu vasitəsilə Yasamal Yaşayış Kompleksinin hər bir binası, mənzillərin daxili və xarici perimetr üzrə sahələri, otaqların sayı, interyer nümunələri, tikinti ərazisinin b planı ilə tanış ola biləcəklər.

 

Yasamal Yaşayış Kompleksinin layihələndirməsi zamanı xüsusilə diqqət yetirilən amillər, sakinlərin rahatlığı üçün yaradılan şərait, nəqliyyat infrastrukturu, mənzillərin təmiri, istifadə olunan inşaat materialları haqqında ətraflı məlumat əldə etmək mümkündür.

İnternet səhifəsində həmçinin güzəştlə mənzil əldə etmək hüququna malik olan şəxslər, həmin şəxslərin müraciət qaydası, mümkün ödəniş üsulları, MİDA MMC ilə əməkdaşlıq edən agent banklar və vətəndaşları nmaraqlandıran digər zəruri məlumatlar əldə etmək üçün müvafiq səhifələrə keçidlər təqdim olunur.

İstifadəyə  verilmiş yeni internet səhifəsi hər kəs üçün Yasamal Yaşayış Kompleksi barədə ətraflı məlumat əldə etmək imkanını təmin edir. Növbəti mərhələdə "Elektron hökümət" portalında "Güzəştli mənzil" sistemində yeni satış modulu istifadəyə veriləcək. Mənzillərin satışı ilə bağlı elan verildikdən sonra "Güzəştli mənzil" sisyemində elektron kabinetə sahib olan vətəndaşlar mənzilləri sistem vasitəsilə seçə biləcəklər.

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil