Hazırda Mənzil İnşaat Agentliyi Bakı Nəqliyyat Agentliyilə əlaqəli şəkildə çalışır.
Modern.az xəbər verir ki, bunu Prezident yanında Mənzil İnşaat Agentliyinin (MİDA) Aparat rəhbəri Anar Quliyev deyib.
O bildirib ki, Yasamal Yaşayış Kompleksinə 4 istiqamətdə marşrut xətti açılacaq:
"Bundan başqa, mənzillər tam təmirli, mətbəx mebellərilə təmin olunmuş şəkildə alıcılara təqdim ediləcək".
A.Quliyev bildirib ki, mənzillərin satış qiyməti tam dəqiqləşməsə də ümumi mənzil bazardakından 25 faiz ucuz olacaq.
Anar Quliyev bildirib ki, Yasamal Yaşayış Kompleksi ilkin layihədir. İkinci layihə Suraxanı rayonu ərazidində reallaşacaq. Bu layihənin ərazisi daha geniş olacaq.
O qeyd edib ki, Suraxanı kompleksinin tikintisinə bu il başlanacaq:
"Şərtlər eyni olsa da, ərazi üzrə orta bazar qiymətləri əsas götürüləcək".