Modern.az

Bərdədə ər-arvadı maşın vurub öldürdü

Bərdədə ər-arvadı maşın vurub öldürdü

Aktual

16 Noyabr 2017, 16:04

Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ötən gecə Bərdə şəhərinin Bakı prospektində 1986-cı il təvəllüdlü Cəfərov Malik Baloğlan oğlunun idarə etdiyi, 02 BR 258 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Əliyev Zakir Rasim oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Əliyeva Zülfiyyə Məhəmməd qızı vurulub.

 

Piyadaların ikisi də hadisə yerində ölüb. Sürücü saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil