Modern.az

Dmitri Medvedev Nərgiz Paşayevaya “Dostluq ordeni” verib

Dmitri Medvedev Nərgiz Paşayevaya “Dostluq ordeni” verib

20 İyun 2011, 22:37

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevaya Rusiya Federasiyasının ali dövlət mükafatını – “Dostluq ordeni”ni təqdim edib. (AzərTAc)
Nərgiz Paşayeva çıxış edərək bu ali mükafata və fəaliyyətinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib.
Xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasim iyunun 20-də Rusiya Prezidentinin Moskva yaxınlığındakı “Qorki” iqamətgahında keçirilib.
“Dostluq ordeni” ilə təltif edilənlər arasında “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), “Knyaz Dmitri Romanovun xeyriyyə fondu”nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri Çonq Thi Dao, “Capen Tabakko İnternəşnl” şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) var.


 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular