Modern.az

Zimbabve prezidenti istefa vermək istəmir

Zimbabve prezidenti istefa vermək istəmir

16 Noyabr 2017, 21:27

Zimbabvedə baş verənlər barədə ziddiyyətli məlumatlar yayılmaqdadır. Modern.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə prezident Robert Muqabenin istefa verdiyi bildirilsə də, bu gün fərqli məlumat yayılıb.

 

Məlumata görə, prezident Robert Muqabe hərbçilərlə danışıq zamanı istefaya getməkdən imtina edib. Ehtimal edilir ki, pezident bununla vaxt udmaq istəyir.

 

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb. Hazırda onların prezident iqamətgahında ev dustaqlığında olduqları bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU