"Türkiyə iş adamı Rza Zərrabla bağlı ABŞ-a iki dəfə nota verib. Türkiyə ilk notaya cavab verilmədiyindən ABŞ-a ikincisini təqdim edib. Ötən gün ABŞ Ədliyyə Nazirliyindən, həm də Dövlət Departamentindən səfirliyimizə yazılı cavab gəlib". Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir bildirib ki, cavab məktubunda Rza Zərrabın səhhətinin normal olması ilə bağlı məlumat gəlib və bildirilib ki təhlükəsiz şəkildə saxlanılır.
Qeyd edək ki, Rza Zərrab İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.