Modern.az

Rusyada dəhşətli təyyarə qəzası: “qara qutu”nu artıq tapıblar

Rusyada dəhşətli təyyarə qəzası: “qara qutu”nu artıq tapıblar

Təhsil

21 İyun 2011, 11:01

Moskvadan Kareliya Respublikasının paytaxtı Petrozavodska uçan «Rusaero» şirkətinə məxsus Tu-134 sərnişin təyyarəsi qəzaya uğrayıb. Modern.az İTAR-TASS Agentliyinə istinadən bildirir ki, qəza nəticəsində 44 nəfər həlak olub. Rusiya FHN-nin məlumatına görə, təyyarədə 52 nəfər olub. Onlardan 47-si sərnişin, 5 nəfəri isə heyət üzvü imiş. Sərnişinlər arasında 8 uşaq olub. Hadisə ötən gecə saat 22.30 radələrində baş verib.

Təyyarə hava limanına 1 km qalmış tarlada sərt eniş etməyə məcbur olub. Zərbədən təyyarənin gövdəsi dağılıb və təyyarə yanmağa başlayıb. Qəzanın səbəbləri ilə bağlı müxtəlif variantlar araşdırılır. Aviasiya sahəsində çalışan mənbə bildirib ki, təyyarə çətin hava şəraiti səbəbindən qəzaya uğrayıb.

Beynəlxalq Aviasiya Komitəsindən qəzanın səbəbi kimi hava limanında laynerin enməsini təmin edəcək vasitənin sıradan çıxması göstərilib.

İstintaq komisisyasının nümayəndəsi Vladimir Markin bildirib ki, bütün mümkün versiyalar araşdırlır.  Artıq təyyarənin “qara qutusu” tapılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular