Kazanda keçiriləcək görüş zamanı Dağlıq Qarabağ münaqişənin həll edilməsi üçün əsas prinsiplər təsdiq edilə bilər. Modern.az bildirir ki, bu barədə danışıqlar prosesində iştirak edən adının çəkilməsini istəməyən mənbə İTAR-TASS-a bildirib.
“Sənədin “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əsas prinsipləri” adı altında imzalanması mümkündür”-deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Tatarıstanın paytaxtı Kazanda 24 iyun tarixində Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında Qarabağ probleminin həlli üçün görüş keçiriləcək.