Modern.az

Ombudsman 19 iyun aksiyası ilə bağlı araşdırma aparıb

Ombudsman 19 iyun aksiyası ilə bağlı araşdırma aparıb

Təhsil

21 İyun 2011, 14:26

Modern.az xəbər veriri ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları 19 iyun tarixində baş vermiş aksiya zamanı saxlanılan şəxslərlə görüşmək məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsinə başçəkmə həyata keçiriblər.

Araşdırma zamanı məlum olub ki, İHSM-də 5 nəfər aksiya iştirakçısı saxlanılır. Belə ki, Əhmədov Elçin Nəsib oğlu, Abbasov Vahid Cəlil oğlu, Carçıyev Orxan Nəriman oğlu, Məmmədov Qafqaz Süleyman oğlu 5 gün müddətinə, Baxışov Ramil İldırım oğlu isə 3 gün müddətinə inzibati qaydada həbs ediliblər. Saxlanılan şəxslər orada saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər.

Eyni zamanda onlardan 2-si aksiya zamanı polis avtomobilinə mindirilərkən kobud rəftara məruz qaldıqlarını bildiriblər.

Ombudsman daxili işlər nazirinə məktubla müraciət edərək, başçəkmə zamanı saxlanılan şəxslərdən alınan məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular