AŞPA-nın Strasburqda keçirilən yay sessiyasında iştirak edən “Realnıy Azerbayjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev burada qurumun Azərbaycan üzrə siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserlə görüşüb. Jurnalist “Turan”a açıqlamasında bildirib ki, o, Ştrasseri şəxsi qonağı kimi Bakıya dəvət edib.
“Mən onu şəxsi qonağım kimi Bakıya dəvət etdim. Bu səfər çərçivəsində biz siyasi məhbuslar məsələsini qaldıracağıq. Ştrasser razılığını verdi. Məruzəçi avqust ayında Bakıya gələcək”-deyə E.Fətullayev bildirib.
Modern.az