Modern.az

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

18 Noyabr 2017, 21:35

Milli Məclisin deputatı Qənirə Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavi ilə görüşüb. Modern.az xəbər verir ki, Qənirə Paşayeva görüşdə  Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib.

 

Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkaviyə məlumatlar verib. Millət vəkili Q.Paşayeva bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün fəal qadınlar 20 ildən artıqdır ki öz evinə dönə bilməyən və hələ də məcburi köçkün həyatı yaşayan qadınların yanında olmalıdır və onların evlərinə dönməsi istiqamətində hər zaman və hər platformada səsini ucaltmalıdır.

 

Millət vəkili Q.Paşayeva Ərəb Liqasının Ailə və Qadın məsələri departamentinin rəhbəri İnes Mekkavini Azərbaycana dəvət edib və sizi hər zaman Azərbaycanda görməkdən şad olacağıq deyib.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı