Modern.az

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

19 Noyabr 2017, 11:07

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın APA-ya istinadən məlumatına görə,  qəza  Ələt-Astara magistralının Salyan rayonunun Yenikənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.   

 

“Evrascon” ASC-yə məxsus yük avtomobilinin  beton dirəyə çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb,  Biləsuvar sakini, 1993-cü il təvəllüdlü Həsənov İmaməli Xeyrulla oğlu isə xəsarət alaraq Salyan rayon xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı