Modern.az

Fransada polis 3 nəfəri qətlə yetirib

Fransada polis 3 nəfəri qətlə yetirib

19 Noyabr 2017, 12:40

Fransanın Sarsel şəhərində polis 3 nəfəri güllələyərək qətlə yetirib, 3 nəfəri isə yaralayıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, yaralananlar polisin sevgilisi, onun anası və bacısı olub, ölənlər isə sevgilisinin atası və qonşuluqda yaşayan 2 nəfər. Daha sonra polis əməkdaşı intihar edib.

 

Məlumata əsasən, hadisəyə səbəb polisin sevgilisinin bir müddət əvvəl ondan ayrıldığını bildirməsi olub.

 

Fransada polislərin silahlarını özləri ilə evə aparmasına 2015-ci ildə baş verən terror aktlarından sonra icazə verilib. Fransada bu il hüquq-mühafizə orqanları əməkdaşları arasında intihar halları artıb. 2017-ci il ərzində 46 polis əməkdaşı və 16 jandarm intihar edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı