Modern.az xəbər verir ki, iyunun 21-də Multimedia Mərkəzi tərəfindən “İctimai informasiyaların rəsmi internet resurslar vasitəsilə açıqlanması: real vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru Osman Gündüz 6 ay ərzində 60 dövlət qurumunun və 15 bələdiyyənin internet resursunun monitorinqinin aparıldığını qeyd edib. Rəsmi saytların 67 parametr üzrə kəmiyyət və keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla informasiya açıqlığı vəziyyətinin analiz olunduğunu bildirib. İnformasiya açıqlığı üzrə dövlət qurumlarının və Bələdiyyələrin növbəti reytinq cədvəli və hesabat ictimaiyyətə təqdim edilib.
Hesabatda son yarım il ərzində dövlət orqanlarının və bələdiyyələrin rəsmi internet saytlarında yerləşdirilən informasiyanın kəmiyyət və keyfiyyət baxımından mövcud qanunvericiliyə uyğunluğu ilə bağlı vəziyyət öz əksini tapıb.
O.Gündüz ictimai informasiyaların internet resurslar vasitəsilə yayılmasında müsbət istiqamətdə xeyli irəliləyişlər olması ilə bərabər hələ də ciddi problemlərin qaldığını bildirib. Xüsusilə informasiya açıqlığı sahəsində dövlət qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğunu vurğulayıb.
Monitorinqin nəticələrinə əsasən informasiya açıqlığı üzrə Reytinq cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq Vergilər Nazirliyi (68%), Hesablama Palatası (56%) və Sosial Müdafiə Fondu (55%) tutub.
Reytinq cədvəlində sonuncu yerlər isə Nazirlər Kabinetinə, Bakı Metropoliteni, Kənd Təsərrüfatı Nazirliyinə məxsusdur. Müdafiə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytları isə hələ də fəaliyyət göstərmir. 60 dövlət qurumu üzrə orta informasiya açıqlığı göstəricisi 27 % təşkil edib. Ötən illə müqayisədə informasiya açıqlığı sahəsində təxminən 7 % artım olub.
Dəyirmi Masada RİTN –nin nümayəndəsi Etibar Umudov, Dövlət Neft Fondunun nümayəndəsi Cəmalə Əliyeva, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, QHT-lərə Dövlət Dəstəyi şurasının üzvü Əliməmməd Nuriyev, İREX təşkilatının nümayəndəsi Ələsgər Məmmədli, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Elman Babayev, Vergilər Nazirliyinin nümayəndəsi Ələkbər Arif, DİN –nin nümayəndəsi Cavid Qasımov, Milli Məclisin şöbə müdirinin müavini Yaşar Əməşov, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asəf Əliyev, AMEA İTİ-nin şöbə müdiri Gülnarə Nəbiyeva, Sahil Şirkətinin direktoru Vahid Qasımov, müstəqil ekspert Azər Həsrət , Neftçilərin Hüquqlarını Müdafiəsi Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı və digər nümayəndələr çıxış ediblər. Monitorinqin Metodologiyasının təkmilləşdirilməsi istiqamətində təkliflər irəli sürülüb. Bununla belə açıqlanması məcburi olan informasiyaların əksəriyyətinin hələ də saytlardan əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub. Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq aparılmasının zəruriliyi qeyd olunub.
№ | Dövlət qurumunun adı | Rəsmi saytı | İnformasiya açıqlığı (faizlə) 2011 |
1. | Vergilər Nazirliyi | www.taxes.gov.az | 68 |
| Hesablama Palatası | www.ach.gov.az | 56 |
| Dövlət Sosial Müdafiə Fondu | www.sspf.gov.az | 55 |
| Daxili İşlər Nazirliyi | www.din.gov.az | 48.5 |
| Dövlət Qulluğu Məsələləri üzrə Komissiya | www.dqmk.gov.az | 48 |
| Ekologiya və Təbii Sərvətlər Nazirliyi | www.eco.gov.az | 47.5 |
| Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi | www.mincom.gov.az | 47 |
| Baş Prokurorluq | www.genprosecutor.gov.az | 46 |
| Maliyyə Nazirliyi | www.maliyye.gov.az
| 45.5 |
| Dövlət Neft Fondu | www.oilfound.az | 43.5 |
| İqtisadi İnkişaf Nazirliyi | www.economy.gov.az | 43 |
| Təhsil Nazirliyi | www.edu.gov.az | 42.5 |
| Mərkəzi Bank | www.cbar.az | 37 |
| Ədliyyə Nazirliyi | www.en.gov.az | 36.5 |
| Tələbə Qəbulu üzrə Dövlət Komissiyası | www.tqdk.gov.az | 36 |
| Əmlak Məsələləri Dövlət Komitəsi | www.emdk.gov.az | 34 |
| Dövlət Gömrük Komitəsi | www.customs.gov.az | 32 |
| Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi | www.scs.gov.az | 30.5 |
| Fövqəladə Hallar Nazirliyi | www.fhn.gov.az | 30 |
| Dövlət Statistika Komitəsi | www.azstat.org | 29.5 |
| Səhiyyə Nazirliyi | www.sehiyye.gov.az | 29 |
| Nəqliyyat Nazirliyi | www.mot.gov.az | 28.5 |
| Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi | www.dtxk.gov.az | 28 |
| Milli Məclis | www.meclis.gov.az | 27.5 |
| Məhkəmə-Hüquq Şurası | www.jlc.gov.az | 27 |
| Standartlaşdırma. Metrologiya və Patent üzrə Dövlət Komitəsi | www.azstand.gov.az | 26.5 |
| Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası | www.antikorrupsiya.gov.az | 26 |
| Auditorlar Palatası | www.audit.gov.az | 25.5 |
| Ali Məhkəmə | www.supremecourt.gov.az | 25 |
| Xarici İşlər Nazirliyi | www.mfa.gov.az | 24.5 |
| Azərbaycan Respublikası Prezidentinin saytı | www.president.gov.az | 24 |
| www.elm.gov.az | 23.5 | |
| Dövlət Neft Şirkəti | www.socar.az | 23 |
| Mədəniyyət və Turizm Nazirliyi | www.mct.gov.az | 22.5 |
| İnsan Hüquqları üzrə Müvəkkili | www.ombudsman.gov.az | 22 |
| QHT-lərə Dövlət Dəstəyi Şurası | www.cssn.gov.az | 21.5 |
| “Azərbaycan Dəmir Yolları” QSC | www.railway.gov.az | 21 |
| Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi | www.refugee.gov.az | 20.5 |
| Azərbaycan Hava Yolları QSC | www.azal.az | 20 |
| Dövlət Şəhərsalma və Arxitektura Komitəsi | www.arxkom.gov.az | 19.5 |
| Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi | www.scwra.gov.az | 19 |
| Satınalmalar üzrə Dövlət Agentliyi | www.tender.gov.az | 18.5 |
| Gənclər və İdman Nazirliyi | www.mys.gov.az | 18 |
| Müəllif Hüquqları Agentliyi | www.copag.gov.az | 17.5 |
| Baş Dövlət Yol Polisi İdarəsi | www.dyp.gov.az | 17 |
| Diasporla İş üzrə Dövlət Komitəsi | www.diaspora.gov.az | 16.5 |
| Müdafiə Sənayesi Nazirliyi | www.mdi.gov.az | 16 |
| Konstitusiya Məhkəməsi | www.constcourt.gov.az | 15.5 |
| Sənaye və Energetika Nazirliyi | www.mie.gov.az | 15 |
| Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi | www. scfwca.gov.az | 14.5 |
| Mərkəzi Seçki Komissiyası | www.msk.gov.az | 14 |
| Milli Təhlükəsizlik Nazirliyi | www.mns.gov.az | 13.5 |
| Dövlət Xəzər Dəniz Gəmiçiliyi | www.caspar.az | 12 |
| Əsir və İtkin Düşmüş. Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası | www.human.gov.az | 11 |
| Milli Teleradio Şurası | www.ntrc.gov.az | 10.5 |
| Xüsusi Dövlət Mühafizə Xidməti | www.dmx.gov.az | 9 |
| Kənd Təsərrüfatı Nazirliyi | www.agro.gov.az | 8.5 |
| Bakı metropoliteni | www.metro.gov.az | 7 |
| Nazirlər Kabineti | www..cabmin.gov.az | 6 |
60 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | www.mlspp.gov.az | Saytı işləmir |
61 | Müdafiə Nazirliyi |
| Saytı yoxdur |