NATO Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlarda özünün iştirakının hipotetik imkanlarının müzakirəsinə hazır deyil. Modern.az erməni informasiya resurslarına istinadən bildirir ki, bu barədə Alyansın baş katibinin köməkçisi Ceymi Şi bu gün NATO-nun qərargahı ilə Alyansın Ermənistan İnformasiya Mərkəzi arasında keçirilən telekörpüdə suallara cavab verərəkən belə deyib.
Şi bildirib ki, NATO Minsk Qrupunu əvəz etmək məqsədini qoymayacaq. Onun sözlərinə görə, NATO-nun sülməramlı əməliyyatlarda iştirakı üçün bir sıra komponentlər vacibdir: tərəflərin Alyansa bununla bağlı müraciəti, müvafiq beynəlxalq mandat və NATO üzvü olan ölkələrin belə əməliyyatlarda iştirakına icazəsi...
“Mən NATO-nun mətbuat katibi işləyərkən tez-tez deyirdim ki, bu hipotetik suallara cavab vermək istəyim yoxdur. Məncə, ayrı vəzifədə işləsəm də, eyni fikirlərim üzərində dayanıram”-deyə Ceymi Şi vurğulayıb.