Modern.az

Hesablama Palatası 3 səfirliyin maliyyə məsələsini araşdırıb

Hesablama Palatası 3 səfirliyin maliyyə məsələsini araşdırıb

Təhsil

21 İyun 2011, 18:13

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Modern.az Palatanın mətbuat xidmətinə istinadən bildirir ki, iclasda Abşeron rayon İcra hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinin və “İlk dəfə işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramının icrası”nın auditi üzrə Rəy və Hesabatlar geniş müzakirə edilərək təsdiq olunub. Bundan başqa, Kollegiya iclasının qərarları barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

Kollegiya iclasında həmçinin, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə Audit proqramına və Hesablama Palatasının normativ-metodiki sənədlərində aparılmış dəyişikliklərə də baxılıb və müvafiq qaydada təsdiq edilib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular