Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin 11-ci iclası böyük əhəmiyyətə malikdir.
Bu barədə Modern.az saytına Milli Məclisin deputatı, Avropa Parlamenti Əməkdaşlıq Komitəsinin sədr müavini Fuad Muradov bildirib.
Deputat deyib ki, Avropa Parlamenti bu ilin iyunun 15-də Qarabağla bağlı dinləmələr keçirib:
“Nəticə etibarilə Kazan görüşündən böyük gözləntilər var. Ona görə də bu qurumda heç bir sənəd qəbul etməyiblər. Hesab edirlər ki, qəbul ediləcək hər hansı sənəd Kazan görüşünə təsir edə bilər.
Onu deyə bilərəm ki, Avropa Parlamenti də problemin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Bir də son zamanlar ümumiyyətlə Avropanın Qarabağ məsələsinə diqqəti artıb. Bu, faktdir.
Bu mənada Avropa Parlamentinin 5 üzvünün və qurumun Azərbaycan üzrə məruzəçisinin ölkəmizə səfərini əhəmiyyətli hesab edirəm”.
Modern.az