Modern.az

Rəbiyyət Aslanova: “Sülh adi ifadə deyil...”

Rəbiyyət Aslanova: “Sülh adi ifadə deyil...”

Təhsil

22 İyun 2011, 11:49

Diqqətlər prezidentlərin iki gün sonra Kazanda keçiriləcək görüşünə yönəlib. Qarabağ məsələsilə bağlı vasitəçilik missiyasını beynəlxalq müstəvidə üzərlərinə götürən qüvvələr tərəfləri sülhə dəvət edirlər. Bəs belə bir şəraitdə - Ermənistanın  Azərbaycanın ərazilərinin 20 faizini işğalda saxladığı halda - tərəflərin sülhə dəvət edilməsi məntiqi olaraq nə ifadə edir?.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirir ki, sülh adi ifadə deyil: “Sülh o demək deyil ki, biz mövcud durumla, status-kvo ilə razılaşıb, hanısasa bir sülhə gedəcəyik. Azərbaycan öz mövqeyini bildirib ki, sülh o zaman baş tutacaq ki, sülh müqaviləsi o zaman imzalanacaq ki, Azərbaycanın 7 rayonu və Dağlıq Qarabağ tamamilə azad olunsun. Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh danışıqlarına gedəcəyik. Başqa cür getsəydik, yəqin ki, bu vaxta qədər hansısa addımlar atılardı. Cənab Prezidentin mövqeyi dönməzdir, qətidir və Azərbaycandan 1 santimetr torpağının belə, güzəştə gedilməsi haqqında söhbət ola bilməz”. 

Komitə rəhbəri deyir ki, torpasqlarımız işğal olunanda 20-ci əsrin sonu idi: “O zaman geopolitika tamamilə başqa idi. Hər yeni əsr dünyanın xəritəsini dəyişdirir. Yeni qüvvələr meydana gəlir, kimlərsə güclənir, kimlərsə zəifləyir. Bu baxımdan 21-ci əsrin ikinci onilliyi Azərbaycan üçün çox böyük mərhələ olacaq. Bu, artıq məlumdur, çünki bizim istiqamətimiz də məlumudur, bizim inkişaf perspektivlərimiz göz qarşısındadır. Artıq bizə çox güclü dövlət kimi baxılır və güclü dövlətlə münasibətlərin xarakteri dəyişir. Bu, təkcə beynəlxalq təşkilatların baxışında deyil, güclü dövlətləririn də Cənubi Qafqazda ən güclü olan dövlətlə daha yaxşı münasibət qurmaq istəkləri var. Qonşuluğumuzda Ermənistan və Gürcüstandır. Bu üç dövlət içərisində ən güclüsü, siyasi baxımdan ən sabiti və gələcək perspektivləri olan Azərbaycandır. Azərbaycan böyük Şərqə bir qapıdır, Şərq ölkələri üçün yaxşı mənada, dostluq mənasında, əlaqələrin qurulması mənasında çox ciddi strateji tərəfdaşdır”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular