Modern.az

Rusiya Müdafiə Nazirliyi: “102 saylı hərbi baza silah və texnikanı pulsuz olaraq Ermənistana verəcək”

Rusiya Müdafiə Nazirliyi: “102 saylı hərbi baza silah və texnikanı pulsuz olaraq Ermənistana verəcək”

22 İyun 2011, 12:18

Yeni protokola görə, Gümrüdə yerləşən baza Ermənistanın da hərbi təhlükəsizliyini qorumaq öhdəliyini götürür

“Rusiyanın Ermənistanda  yerləşən 102 saylı hərbi bazasının artıq silahları və hərbi texnikası heç bir haqq ödənmədən, pulsuz olaraq Ermənistan Silahlı Quvvələrinə veriləcək”.  Bu sözləri  Rusiya Dövlət Dumasının iclasında qonşu ölkədəki hərbi bazanın müddətinin artırılması ilə bağlı iki ölkə arasında imzalanmış sənədin müzakirəsi zamanı Müdafiə Nazirliyinin MDB dövlətləri ilə hərbi əməkdaşlıq idarəsinin rəhbəri polkovnik Andrey Qusev deyib. Modern.az  “İnterfaks” agentliyinə istinadən bildirir ki, polkovnik Ermənistanda yerləşən hərbi bazanın briqada sisteminə keçdiyini elan edib. Hazırda şəxsi heyətin 4245 nəfər olduğunu deyən Qusev vurğulayıb ki, hərbi bazanın yeni statusu onun hərbi hazırılığına heç bir təsir göstərməyib.

“Bazanın şəxsi heyəti təyinatı üzrə, o cümlədən rus-erməni hərbi birləşmləri tərkibində bütün hərbi tapşırıqları yerinə yetirməyə hazırdır”-deyə Qusev bildirib. Federasiya Şurasının təhlükəsizlik və müdafiə komitəsinin rəhbəri Viktor Ozerov bu müqaviləni Rusiyanın maraqlarına cavab verdiyini və Rusiya-Ermənistan arasında hərbi əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəyini deyib.

Müzakirələrdən sonra Dumanın təsdiq etdiyi bu sənəddə Ermənistanda yerləşən rus hərbi bazasının müddəti 49 ilə qədər uzadılıb. Prezidentlər Dimitri Medvedev və Serj Sərkisyanın imzaladığı protokolda göstərilir ki, rus hərbi bazası eyin zamanda Ermənistanın da hərbi təhlükəsizliyini qorumaq öhdəliyini götürür. Bundan əlavə, rus tərəfi erməni ordusunu müasir silahlarla təmin etməyi və xüsusi hərbi texnika ilə təmin olunması barədə də öhdəliyə imza atıb.

Qeyd edək ki, Rusiyanın 102 saylı hərbi bazası Gümrüdə yerləşir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi