Modern.az

Azərbaycanın etalon vaxtı quruldu

Azərbaycanın etalon vaxtı quruldu

Ölkə

22 İyun 2011, 12:52

Saatlarınızı düzəldin...

Azərbaycan Respublikasının Dövlət ilkin Vaxt və Tezlik etalonunun təyin etdiyi etalon vaxt Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində - www.azstand.gov.az saytında yayımlanmağa başlayıb. Komitədən verilən məlumata görə, hazırda etalon vaxtın Azərbaycan Respublikasının dövlət orqanlarına, digər maraqlı müəssisə və təşkilatlara ötürülməsi ilə bağlı işlər gedir.

"Məlumat üçün bildirək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin Elektrik kəmiyyət vahidləri laboratoriyasında quraşdırılmış etalon kompleksinə ABŞ istehsalı olan GPS qəbuledici sinxronizatoru vaxt və tezlik etalonu və Taymer-sayğacı analizator daxildir"-deyə komitədən bildirilib.

Vaxt və Tezlik etalonunun əsas prinsipi "sezium" elementinin parçalanması zamanı yaranan ən dəqiq qəbul olunmuş tezliyi süni peykdən GPS antenna ilə qəbul edib Vaxt və Tezlik etalonu vasitəsilə sinxronlaşdırmaq və respublikada olan ən dəqiq vaxtı bütün telekommunikasiya sistemlərinə ötürməkdir. Etalon rabitə, nəqliyyat, istehsal, tibb və s. sahələrdə, elmi-tədqiqat işlərində tətbiq ediləcək. Bundan başqa vaxtaşırı yoxlanılması vacib olan tezlik ölçü avadanlıqlarının (tezlikölçənlərin, yüksək tezlik generatorlarının, vaxtla bağlı bütün işçi etalonların və s.) kalibrlənməsi də Vaxt və Tezlik etalonu vasitəsilə həyata keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!