Ermənistanın prezidenti Serj Sərkisyan AŞPA-nın yay sessiyasında çıxış etmək üçün bu gün Strasburqa gəlib. Modern.az “armtudey”-ə istinadən bildirir ki, Sərkisyanı AŞPA-nın sədri Mövlud Çavuşoğlu qarşılayıb. Erməni prezidenti ilə Çavuşoğlu söhbətdən sonra Sərkisyan AŞPA-nın “Qızıl Kitabı”na qeydlərini yazıb. Onu səfərdə xarici işlər naziri Edvard Nalbandyan müşayiət edir. Qeyd edək ki, bu gün Sərkisyan AŞPA-da çıxış etməlidir. Çıxışdan sonra o, deputatların suallarına cavab verəcək.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin bir neçəsi Ermənistan prezidentinə sual vermək üçün artıq siyahıya yazılıblar.