Modern.az

30 uşağa yay düşərgəsi təşkil edilir

30 uşağa yay düşərgəsi təşkil edilir

Təhsil

22 İyun 2011, 13:12

24-26 iyun 2011-ci il tarixdə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Fiziki qüsuru olan uşaqların sosial inklüzivliyi və cəmiyyətə inteqrasiyası” Layihəsi çərçivəsində Yay Düşərgəsi təşkil edəcək. Düşərgə “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində keçiriləcək. Yay Düşərgəsində 12-18 yaşlı 30 nəfər uşaq (15 fiziki qüsuru olan və 15 sağlam uşaq) iştirak edəcək.

Bu layihənin həyata keçirilməsində başlıca məqsəd fiziki imkanları məhdud uşaqların sosial inklüzivliyini, cəmiyyətə inteqrasiyasını və onların iştirak etməyə dair motivasiyasını artırmaq, uşaqların asudə vaxtının səmərəli təşkilini təmin etmək, uşaqlar arasında sağlam həyat tərzinin təbliğ etmək, sağlamlıq imkanları məhdud olan və sağlam uşaqların bərabər hüquqlarını və iştirakını təmin etməkdən ibarətdir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular