Modern.az

Deputat Hacı Qalib Allahşükür Paşazadədən qohumcanlı çıxdı

Deputat Hacı Qalib Allahşükür Paşazadədən qohumcanlı çıxdı

Ölkə

22 İyun 2011, 15:45
Şeyxdən fərqli olaraq Hacı Qalib QMİ sədrinin qudası olan iş adamı Əli Evseni müdafiə etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə quda olan Milli Məclisin deputatı Hacı Qalib Salahzadə şeyxin qudası İspaniyada həbs olunan iş adamı Əli Evsenin müdafiəsinə qalxıb. Modern.az saytına açıqlamasında şeyxdən fərqli olaraq deputat türk iş adamı Əli Evsenin həbsini pisləyib.

Qalib Salahzadə bildirib ki, onun qohumu, şeyxin isə qudası Əli Evsenin heç bir günahı olmayıb:
“Günahı olsaydı, Evseni İspaniyada aeroporta düşən kimi həbs edərdilər. Evsen Madriddə oteldə qalıb. Polis nəfəri onun yanına gəlib bölməyə getməsini xahiş edib.  Evsen də gedib və onu həbs ediblər.  Ondan azadlığa çıxması üçün 18 milyon avro girov istəyiblər. Əli Evsenin bu qədər pulu olsaydı, elə Türkiyədə qalıb istirahət edərdi”.

Əli Evsenin qızı Allahşükür Paşazadənin oğlu ilə ailə həyatı qurub. Hacı Qalibin oğlu isə şeyxin qızı ilə evlənib.

Q.Salahzadə qohum kimi Ə.Evseni müdafiə etdiyini və yaxın günlərdə sərbəst buraxılacağına inandığını qeyd edib.

Əli Evsen İspaniya polisi tərəfindən ötən həftə Madriddə həbs olunub. O, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin ən yaxını olan misirli iş adamı ilə birlikdə ictimai sərvətləri talama, rüşvətxorluq, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

İttihama görə, Azərbaycanda fəaliyyət göstərən “Evsen Group” şirkətinin qurucusu olan Əli Evsen Hüsnü Mübarəkin çirkli pullarının yuyulmasında kuryerlik edib, pulları öz şirkətlərinin hesabları üzərindən eks-prezidentin adamlarına göndərib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür "Qafqazinfo"ya müsahibəsində qudası Əli Evsenlə bağlı suala belə cavab verib: "Hərənin öz işi var. Belə məsələlərdə heç vaxt qudalarımın işinə müdaxilə etməmişəm. Mən öz ailəmə cavabdehəm. Ailə deyəndə ora təbii ki, mənim gəlinim və digər övladlarım da daxildir. Amma kimsə, tutaq ki, lap elə mənim qudalarım haradasa bir iş görürsə, onun məsuliyyətini də özləri daşıyır. Onlar hər hansı bir günah işinə görə də qanun qarşısında özləri cavab verməlidir. Mənim qudam olmur, kim olur olsun. Qanun qarşısında hər kəs cavabdehdir".

Modern.az

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər