22-ci Krans Montana Forumu iyunun 22-dən 25-dək Belçikanın paytaxtı Bürüssel şəhərində təşkil ediləcək. Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva illik 22-ci Krans Montana Forumunun fəxri qonağı olacaqlar. Forumun yaydığı məlumata görə, forum çərçivəsində prezident İlham Əliyevə PRIX DE LA FONDATION mükafatı, Mehriban Əliyevaya isə "Forumun Qızıl Medalı" təqdim olunacaq.
Bu barədə “Konstitusiya” Araşdırmaları Fondundan Modern.az-a verilən açıqlamada bildirilib.
Qeyd edilib ki, mərasimdə 2011-ci ilin əvvəlindən Şimali Afrika ölkələrini bürüyən inqiblar, bu hadisələrdə yeni nəslin rolu, siyasi alternativsizlik və hökumətin pis idarəedilməsindən yaranan problemlrə müzakirə ediləcək. Mərasimdə dünyanın müxtəlif ölkələrindən dövlət başçıları, nazirlər, iri biznes sahibləri iştirak edəcəklər. Azərbaycandan da prezident İlham Əliyev və xanımı, eləcə də nazirlər, diplomatlar olmaqla 11 rəsmi yanaşı tədbirə millət vəkili Qüdrət Həsənquliyev və 2 Azərbaycan vətəndaş cəmiyyəti institutunun sədrləri, Konstitutsiya Fonundun Prezidenti Əliməmməd Nuriyev və İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov dəvət ediliblər.
Konstitutsiya Fonundun Prezidenti Əliməmməd Nuriyev bildirib ki, The Krans Montana Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə Krans Montana Fondu tərəfindən yaradılan bir beynəlxalq təşkilatdır. Qurum beynəlxalq əməkdaşlıq və dialoqa yardımı özünün əsas məqsədləri elan edib.
Modern.az