Modern.az

Azərbaycanlı deputatlar Sərkisyana sual verə bilmədilər...

Azərbaycanlı deputatlar Sərkisyana sual verə bilmədilər...

Ölkə

22 İyun 2011, 17:40

Deputat Aydın Abbasov: “Bizə növbə çatmadı...”

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvləri bu gün Ermənistan prezidenti Serj Sərkisyan çıxış edərkən ona suallarını verə bilməyiblər. Bu barədə Modern.az saytına açıqlamasında Azərbaycan nümayəndə heyətinin üzvü Aydın Abbasov məlumat verib. Millət vəkili bildirib ki, S.Sərkisyan AŞPA sessiyasında 35 dəqiqə çıxış edib. Bundan sonra Ermənsitan prezidentinə AŞPA-nın beş qrupundan hər biri üzrə altı  sual verilib. “Vaxt etibarı ilə sual vermək üçün Azərbaycana növbə çatmadı ”-deyə deputat vurğulayıb.

Qeyd edək ki, Ermənistan prezidenti AŞPA-da çıxışı zamanı Azərbaycana qarşı ittihamlar irəli sürüb. O bildirib ki, “Avropa Şurasının ərazilərində, Azərbaycanda  “irqçilik və dözümsüzlük ocağı qalmaqadır”.

Münaqişənin tənzimlənməsi sahəsində güzəştlər barədə danışarkən Sərkisyan deyib ki, Ermənistan və Dağlıq Qarabağ cəmiyyətlərini Azərbaycana güzəştə getməkdə inandırmaq çox çətnidir. Bundan başqa o, Türkiyə və Azərbaycanı ölkəsini “süni və qeyri-qanuni blokadaya” almaqda ittiham edib. Sərkisyan həmçinin Türkiyə ilə münasibətlərin normallaşdırmaq cəhdlərinin dalana dirənməsindən təəssüfləndyini bildirib. 
“Bunun bir səbəbi var- Türkiyə özünün ilkin şərt sürmə siyasətinə qayıtması ilə bağlı oldu.  Bununla yanaşı Sərkisyan bəyan edib ki, bu istiqamətdə “yeni imkanların” açılamsına şübhə edir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvlərinin bir neçəsi Ermənistan prezidentinə sual vermək üçün siyahıya yazılmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər