Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib.
Modern.az Azərtac-a istinadən xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.
Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.
"Azərbaycan və NATO arasında yaxşı əməkdaşlıq tarixi var".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Yens Stoltenberql isə bildidib ki, NATO Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına davamlı dəstəyinə görə minnətdardır.
Baş katib qeyd edib: "Bu gün biz uzunmüddətli əməkdaşlığımızı müzakirə etdik. Biz Azərbaycana Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində Əfqanıstan milli təhlükəsizlik qüvvələrinə hərbi qüvvə, nəqliyyat və maliyyə yardımına görə minnətdarıq".
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.