Modern.az

Gəncənin icra başçısı Rövnəq Abdullayevin razılığını alıb

Gəncənin icra başçısı Rövnəq Abdullayevin razılığını alıb

Təhsil

22 İyun 2011, 18:36

Gəncə şəhər stadionunda rekonstruksiyaya ehtiyac var. Modern.az xəbər verir ki, bu barədə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu gün jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə AFFA prezidenti Rövnəq Abdullayevlə danışıqlar aparılaraq  idman qurğusunun təmirinə razılıq alınıb.
Həmçinin E.Vəliyev yenidənqurma işlərinin yaxın günlərdə başlanılacağını bildirib.

Qeyd edək ki, 25 min tamaşaçı tutumlu Gəncə şəhər stadionunda ötən il  carı təmir işləri aparılsa da, idman qurğusunun əsaslı təmirə və yenidən qurulmasına ciddi ehtiyac var.


Xaliq Qurbanlı
Gəncə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular