Modern.az

Siyavuş Novruzov: “Qarabağ veteranlarına ayrılan vəsait artırılmalıdır”

Siyavuş Novruzov: “Qarabağ veteranlarına ayrılan vəsait artırılmalıdır”

23 Noyabr 2017, 13:50

"Azərbaycanda büdcəsində sosial sahəyə xüsusi diqqət yetirilir. Bu diqqət 2018-ci ilin büdcəsində öz əksini tapıb". 

Modern.az-ın xəbərinə görə bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

Deputat çıxışı zamanı Qarabağ müharibəsi veteranlarına ayrılan müavinətlərin miqdarının artırılması təklifini irəli sürüb: "Azərbaycanda Qarabağ veteranlarının sayınin 60 və ya 90 min göstərilir. Lakin onlara ayrılan vəsaitlərin miqdarı təyin olunandan bu günə qədər 50 manat olaraq qalır. Əgər kommunal xərclər artırılırsa, bu rəqəmdə də dəyişiklik olunmalıdır. Bizdə digər ölkələrə nisbətən fərqlidir. Çünki Azərbaycanda Qarabağ, Əfqanıstan veteranları, Çernobıl əlilləri və şəhid ailələri var. Bu say çoxaldıqca, onların sosial müdafiəsi ilə məşğul olmalıyıq. Xərclər çoxalıb. Belə olan halda vəsait də artırılmalıdır".

S. Novruzov qeyd edib ki, Azərbaycanda veteranların təxminən 12 mini pensiyaçıdır: "Lakin onlar pensiyaya çıxanda onlara veteran kimi əlavə cəmi 11 manat hesablanır. Məgər onlar təqüdə çıxanda veteranlıqdan çıxırlar? Bu pul ona müharibədə iştirak etdiyinə görə verilir. Belə olduqda həmin şəxslərin vetaranlıq haqqını 11 manata salmamalıyıq. Aldıqları 50 manat onların pensiyasına əlavə edilməlidir. Vətəndaşlarımız dövlət orqanlarından narazı düşmələli, öz haqqını almalıdırlar".

S. Novruzov çıxışı zamanı Əfqanıstan veteranları və Çernobıl əlilərinə də evlər verilməsini təklif edib: "Ölkəmizdə əlillərə və şəhid ailələrinə evlər verilir. Lakin biz diqqəti bir sferaya ayırmamalıyıq. Əfqaınstan veteranları və Çernobıl əlilərinə də evlər verilməlidir".

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu