Modern.az

İlham Əliyevdən Sərkisyana cavab: "...Belə bir şəxsin ermənifobiyadan danışması qıcıq doğurur"

İlham Əliyevdən Sərkisyana cavab: "...Belə bir şəxsin ermənifobiyadan danışması qıcıq doğurur"

Təhsil

22 İyun 2011, 23:55

İyunun 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Xose Manuel Barrozo birgə mətbuat konfransı keçiriblərlər. Xose Manuel Barrozo və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış ediblər. “Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir”, - deyən Avropa Komissiyasının sədri Xose Manuel Barrozo Prezident İlham Əliyev ilə görüşdə “Şərq tərəfdaşlığı” Proqramı, Avropa Qonşuluq siyasəti və Azərbaycanda demokratiyanın inkişafı prosesləri ilə bağlı müzakirələrin aparıldığını bildirib. Azərbaycana sonuncu səfərində ölkəmizdə iqtisadi inkişafın şahidi olduğunu deyən Avropa Komissiyasının sədri Bakıda “Cənub qaz dəhlizi” ilə bağlı imzalanmış Bəyannamənin əhəmiyyətini vurğulayıb. “Avropa İttifaqı ilə Azərbaycan arasında fəal dialoq mövcuddur”, - deyən Prezident İlham Əliyev ikitərəfli gündəliyin geniş olduğunu və budəfəki görüşdə bir çox məsələlərin müzakirə edildiyini bildirib. “Biz ölkəmizdə hüququ və siyasi islahatları davam etdiririk. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir”, - deyən dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bildirib. Prezident İlham Əliyev qeyd edib ki, qaçqın və məcburi köçkünlər tezliklə evlərinə qayıtmalıdırlar. Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev görüşdə enerji siyasəti məsələlərinə də geniş yer ayrıldığını deyib. ”Azərbaycan ilin sonuna qədər "Cənub qaz dəhlizi" məsələsində danışıqları bitirib, layihənin icrasına başlamağa ümid edir”-deyə İlham Əliyev vurğulayıb.   O, deyib ki, Avropa Birliyinin prezidenti Jose Manuel Barrozo ilə görüşdə enerji təhlükəsliyi və “Cənub qaz dəhlizi” – “Nabukko” layihəsini müzakirə edib. İlham Əliyev deyib ki, enerji təhlükəslizyi həmişə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinin gündəliyində olub. ”Barrozonun yanvarda Azərbaycana səfərindən sonra biz bu istiqamətdə daha sürətlə məsafə qət eləmişik. Səfərdən öncə də bizim yaxşı fikir alış-verişimiz var idi. Amma bu səfər və “Cənud qaz dəhlizi” ilə bağlı memorandumun imzalanması çox vacib məqam olub”.   ”Azadlıq” radiosunun məlumatına görə, Azərbaycan Prezidenti deyib: "Biz “Cənub qaz dəhlizi”ni dəstəkləyirik və ümid edirik ki, ilin sonuna qədər tranzit ölkələri və potensial alıcılarla  müzakirələri sona çatdıracağıq. Və bununla da Azərbaycana bütün resurslarını reallaşdırmağa imkan verən və Avropa istehlakçıları üçün etibarlı qaz təchizatı mənbələri yaradacaq nəhəng layihənin icrasına başlaya biləcəyik. Bizim özümüzə və digər alıcılara 100 ildən çox kifayət edəcək qədər nəhəng qaz ehtiyatlaırmız var. Və bu gün biz bu istiqamətdə önəmli qərarlar vermək ərəfəsindəyik". İlham Əliyev mətbuat konfransında Ermənistan prezidenti Serj Sərkisyanın Azərbaycanda ermənifobiyanın olması və “Madrid prinsipləri”nə sadiq olmaması ilə bağlı açıqlamalarına da münasibət bildirib: "Bu təəssüf doğurur. Çünki Xocalıda, azərbaycanlı dinc sakinlərə qarşı hərbi əməliyyatlara rəhbərlik edən bir şəxsin indi ermənifobiyadan danışması qıcıq doğurur. Azərbaycanlılar işğalın qurbanı olublar, bizim torpaqlarımız işğal edilib, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə aparıblar və Dağlıq Qarabağın administrativ sərhədlərindən kənarda yaşayan bir neçə yüz min azərbaycanlı da öz torpaqlarından qovulub. Təbii ki, bu insanlar evlərinə qayıtmaq istəyir, bu onların fundamental haqqıdır. Azərbaycanın ərazi bütövüyü heç bir ölkə tərəfindən sual altına alınmır və BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının işğal olunan Azərbaycan ərazilərinindən çıxmasını tələb edən 4 qətnamə qəbul edib. Təbii ki, Ermənistan və Azərbaycanın münaqişəyə yanaşmaları fərqlidir. Çünki Azərbaycan Ermənistanın bir santimetr torpağını da işğal etməyib, amma Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib. Biz bu təcavüzün qurbanıyıq. Və ona görə də bizim cəmiyyətimizin mövqeyi erməni cəmiyyətinin mövqeyindən fərqlənir. Ona görə də, biz Avropa Komissiyasının prezidenti Barrozodan, dünya liderlərindən eşidəndə ki, status-kvo dəyişməlidir, bu həvəsləndirici məqamdır. Status-kvonun dəyişməsi indiki vəziyyətin dəyişməsidir, işğal faktının dəyişməsidir. “Madrid prinsipləri”nə gəldikdə isə, Azərbaycan bir neçə il əvvəl elan edib ki, bu prinsipləri danışıqların baza prinsipləri kimi qəbul edir. Və biz ümid edirik ki, Ermənistan da eyni adımı atacaq. Və bir tərəfdən Azərbaycanın ərazi bütövlyünü bərpa edən, eyni zamanda Dağlıq Qarabağda yaşayanların yüksək səviyyədə özünüidarə hüququnu tanıyan prinsiplər qəbul edilərsə, sülhə yol açılmış olar. Biz regionumuzda sülh istəyirik, biz vətəndaşlarımızın fundamental haqlarından istifadə edib öz torpaqlarına qayıtmasını istəyirik. Bundan sonra Cənubi Qafqazda vəziyyət dəyişə bilər. Bu, regionda tamamilə yeni, müsbət, dinamik ab-hava yarada bilər, və bütün millətlərin rifahına xidmət edər".   Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular