İyunun 22-dən Belçikanın paytaxtı Brüssel şəhərində “Crans Montana Forum”un (Krans Montana Forumu) 22-ci sessiyası keçirilir. 25 iyunda həmin tədbir çərçivəsində “Sabah üçün yeni liderlər” (New Leaders of Tomorrow) adlı xüsusi gürüşü keçiriləcək. Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov Forumun İdarə heyəti tərəfindən “Krans Montana Forumu”nun “Sabah üçün yeni liderlər”in üzvü kimi gələn 3 il ərzinə təyin olunub.
“Krans Montana Forumu”nun əsası 1989-cu ildə qoyulub və bu forum hər il iyun ayında baş tutur. İlbəil dünyanın 1000-dən artıq yüksək vəzifəli şəxsləri bu toplantıya qoşulur. Bu forum rəhbərlik rəsmiləri üçün olan yeganə bir toplantıdır. Bu il Krans Montana Forumu özünün 22 illiyini qeyd edəcək və forumun əsas mövzusu “Əsas inqilab başlayıb - bizim sabahki dünyamız necə olacaq?” olacaq.
Görüş zamanı rəhbərlik rəsmiləri, biznes qurumları və beynəlxalq təşkilatlar arasında sabahki dünyanın necə olacağı ilə bağlı açıq debatlar keçiriləcək.
Azərbaycan bu forumda qonaq ölkə kimi iştirak edir. Krans Montanan Forumunun 23-cü görüşü Bakıda keçiriləcək.
Modern.az