Mərakeş Krallığının paytaxtı Rabat şəhərində 2-ci Həsən məscidində yağmur duası edilib. Mərasimə kral ailəsi ilə birlikdə tələbələr də dail çox sayda adam qatılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Rabatın şimal-qərbində yerləşən Sale şəhərində isə yağmur duası bölgənin ən qədimi məscidlərindən olan Məscid əl-Azamda keçirilib.
Namaz qılındıqdan sonra yağmur duası edənlər paltarlarını tərs çevirib geyiniblər.
Kral 6-cı Məhəmmədin yağmur duasına çıxmaqla bağlı çağrısından sonra İşlami İşlər və Vəqflər Nazirliyi çərşənbə günü verdiyi açıqlamada ölkədə yaşanan quraqlığın narahatedici olduğu bildirib. Buna görə yağmur duasına çağırış edilmişdi.