Minsk şəhərində yüngül atletika idman növü üzrə beynəlxalq turnir keçirilib. Gəncələr və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, milli komandanın üzvü Dmitri Marşin atletikanın çəkic atma proqramında 74.04 m nəticə göstərərək 3-cü yerə sahib olub. Nəticə olimpiya normativinə uyğun olduğuna görə Dmitri Maşin London Olimpiadasına ölkəmiz üçün ilk lisenziyanı qazanıb. Qeyd edək ki, Dmitri Marşin Ümid klubunun nümayəndəsidir.