Modern.az

Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini ilə görüşüb

Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini ilə görüşüb

23 İyun 2011, 15:07
İyunun 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın müdafiə katibi köməkçisinin müavini xanım Seleste Vollenderi qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ölkələr arasında hərbi əməkdaşlıq məsələlərinin vacibliyini vurğulayan Azərbaycanın müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar Ermənistanın yaratdığı problemləri qonağın diqqətinə çatdırıb.
Xanım Vollander də öz növbəsində ABŞ-ın Azərbaycanla hərbi əməkdaşlığa üstünlük verdiyini və bu əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.
Görüşdə iştirak edən ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza ölkəsinin Azərbaycan Respublikasına təyin etdiyi yeni hərbi attaşesi - polkovnik Daniel Qrillonu nazir Səfər Əbiyevə təqdim edib.
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular